Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 **ESPERANTO**

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: **ESPERANTO**   Ş. Yan. 03 2009, 22:29

Esperanto sözünü son zamanlar çox eşitsək də, çoxlarımız onun nə məna daşıması haqda bəlkə də heç fikirləşməmişik. Onun açıqlamasını bilmək, yəqin ki, tələbələrimiz üçün maraqlı olar.
Bütün dünya ölkələrinin bir dildə danışması ola bilsin ki, çoxlarına təəccüblü və qeyri-mümkün görünəcək. Lakin belə bir dilin layihəsi artıq işlənilib və bu dil Esperanto adlanır.

Esperanto – beynəlxalq dildir, bu layihəni 1887-ci ildə Varşava həkimi L.M.Zamenqof işləyib. Dünyada ən geniş yayılan süni dildir. İlk nəşr edilmiş kitabı «Lingvo internacia. Antaŭparolo kaj plena lernolibro» (“Beynəlxalq dil. Müqəddimə və dərslik ”) olub. Esperanto həkim Zamenqofun təxəllüsü idi. Dili də məhz onun şərəfinə belə adlandırıblar. Bu dildə danışanlar esperantist və ya esperantofon adlanırlar.
Onun əsasını, adətən, tərcüməsiz anlaşılan beynəlmiləl sözlər və 16 qrammatik qayda təşkil edir. Esperantonun quruluşu və lüğəti sadədir. Bu dili hər kəs 3-6 ay ərzində öyrənə bilər. Başqa dilləri anlamaq və sərbəst danışmaq üçün isə 3-5 il tələb olunur. Esperanto lüğətində əsas yeri roman və german dil qruplarından, latın və yunan dilindən törəmiş sözlər tutur.

Üstünlüklərdən biri odur ki, esperanto dilini öyrənən üçün gələcəkdə digər dilləri qavramaq daha da asanlaşır. Esperanto dilində hər il 200 kitab və 300 dövri nəşr buraxılır. Bundan başqa esperantoya həsr olunan İnternet konfransları: soc.culture.esperanto; fido7.esperanto.rus; esperantonun ana dili kimi müzakirəsinə həsr olunmuş göndəriş siyahısı – denask-1 da var. Esperanto əslində dünya miqyasında ikinci dil kimi istifadə olunmaq üçün nəzərdə tutulub. Bu, bütün millətlərə kənar təsirin və assimilyasiyanın qorxusu olmadan öz dillərini və mədəniyyətlərini eyni dərəcədə inkişaf etdirmək, həm də millətlər arasında anlaşmaya nail olmağa imkan yaratmaq üçündür. Bu anlaşma təkcə hökumət nümayəndələri üçün deyil, həm də adi insanlar arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır. Buna görə də, esperanto dünyaya, demokratiya və beynəlmiləlçiliyə bir yoldur.

Indi o, dünyada geniş yayılmasa da, onu öyrənənlər üçün bir çox imkanlar yaradır. Düzdür, o, şəxsi mənfəət vermir, lakin onun köməyi ilə beynəlxalq görüşlərdə iştirak edib, 10-larla ölkənin insanları ilə tərcüməçisiz rahat ünsiyyət qurmaq olar.

Esperantonun hər bir savadlı şəxs üçün ana dildən sonra beynəlxalq dil kimi xidmət etməsi nəzərdə tutulub. Təxmin olunur ki, bu neytral və sadə dildən istifadə, dillərarası əlaqələrin keyfiyyət səviyyəsinin qalxmasına gətirib çıxarda bilər.

ELIFBA
Espiranto əlifbası latın əlifbasının əsasında yaradılıb. Əlifbada 28 hərf var: A, B, C, Ĉ, D, E, F, G, Ĝ, H, Ĥ, I, J, Ĵ, K, L, M, N, O, P, R, S, Ŝ, T, U, Ŭ, V, Z . Onlardan beşi sait, ikisi yarımsait, iyirmi biri isə samitdir.

· A – a

· B – bo

· C – co və s.
Hər hərfdə bir səs var. Hərfin oxunuşu sözün hansı hissəsində yerləşməsindən asılı deyil. Vurğu həmişə axırdan ikinci hecaya düşür. Hərflərin əksəriyyətinin tələffüzü asandır. Bunun üçün heç bir hazırlıq lazım deyil (M, N, K və s.), bəzilərininkini isə yadda saxlamaq lazımdır.

· C (co) - rus dilindəki “ц” hərfi kimi tələffüz olunur: centro, sceno və s.

· Ĉ (ĉo) – “ç” hərfi kimi tələffüz olunur: cefo

· G (go) – “q” hərfi kimidir: grupo, geografio

· Ĝ (ĝo) - affrikat (iki samitin birləşməsindən alınan səs, məs.: ç(t+ş) və s.), d və j hərf birləşməsinin verdiyi səsdir: gardeno [djardeno]

· H (ho) – “h” hərfidir, bəzən isə Ukrayna və ya cənubi Rusiyanın “q” səsini verir.

· Ĥ (ĥo) - [x] səsini verir: ĥameleono

· J (jo) – “y” hərfidir: jaguaro

· Ĵ (ĵo) – “j” hərfi: jargono

· L (lo) – neytral [l] səsi

· Ŝ (ŝo) – “ş” hərfidir: ŝi – o (qadın cinsi)

· Ŭ (ŭo) – qısa [u] səsi, ingilis dilindəki “w” hərfinə uyğun gəlir: paŭzo [paŭzo]. Bu hərf yarımsaitdir, heca yaratmır.

Sadəliyi bu dili kiçiltmir. Əksinə, o, çox gözəl səslənir, italyan dilini xatırladır və Dantedən tutmuş Puşkin, Bulqakov və Tolkienə kimi bir çox dünya klassiklərinin əsərlərini bu dilə tərcümə etmək, yeni maraqlı bir ədəbiyyat yaratmaq olar.

İstənilən ölkənin insanları ilə görüşmək və həmin ölkənin həyatını turist kimi deyil, daha dərindən öyrənmək esperantonun sayəsində mümkündür. Bu dil hətta insanın ağılagəlməz yaradıcı istedadını üzə çıxarda bilər. Onun verdiyi imkanlar çoxdur, onları tam mənası ilə başa düşmək üçün isə dillə yaxından tanış olmaq lazımdır.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   Ş. Yan. 03 2009, 22:30

Buyurun Cox maraqlidi Winkk
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   B.e. Yan. 05 2009, 00:23

twk Very Happy maraqli idi
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   B.e. Yan. 05 2009, 22:55

cox sagol cnm
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   Ç.a. Yan. 06 2009, 16:30

blush
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   C. Yan. 09 2009, 23:20

yeqin hami az cox biler bu dil haqqinda
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: **ESPERANTO**   Bugn 21:26

Əvvələ qayıt Aaa gitmek
 
**ESPERANTO**
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Müzakirə Bölməsi :: Sərbəst Mövzular-
Keç: