Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   Ş. Yan. 03 2009, 21:37

ANCELİNA COLİ

O, hər kəsi şoka salmağı bacarır. Heç vecinə də deyil ki, onu hər hansı hərəkətinə görə sevəcəklər, yoxsa nifrət edəcələr.
Kişilər onun vəhşi gözəlliyindən ötrü dəli-divanədirlər. Amma elə ki, yaxınlaşdılar, dəhşət və qorxuya düşürlər. Onun hobbisi bıçaq və ülgüc yığmaqdır. Bədənində 5 çapıq, bıçaq izi və çoxlu döymə var.

Psixopat uşaq...
Voytlar ailəsində növbəti qalmaqal....ƿr, məşhur aktyor Con Voyt arvadı fransız -hind qarışıqlı, az tanınmış aktrisa Marselin Bertrandan ayrılmaq üçün növbəti bəhanələr gətirir. Qadının isə bircə arzusu var: qoy uşaq doğulsun, sonra hara itilirsən, itil.
Nəhayət, 1975-ci ilin 4 iyununda qız uşağı dünyaya gəldi. Valideynlər ona iki ad qoydular ki, qız gələcəkdə asanlıqla incəsənət karyerası qura bilsin. Qızın iri gözlərinə görə onun adını Mələk gözlü - Ancelina Coli qoydular.
Valideynlər sözləşdikləri kimi, Endjinin (Ancelinanın uşaqlıq ləqəbi) 1 yaşı olandan sonra rəsmən boşandılar. Amma Con tez-tez uşaqlarla görüşər, onlara bahalı hədiyyələr alardı.
Endji çox çətin tərbiyə olunan uşaqlar sırasına daxil idi.
O, güzgüyə baxmazdı və öz xarici görünüşünü gizlətmək, qıza bənzəməmək üçün dəridən qabıqdan çıxardı, hətta dırnaqlarını çeynəyərdi ki, uzanmasın.
Hər gün məktəb kandarında əndrəbadi görkəmdə biri görünərdi: qısa, vız və pırtlaşıq, ortası göy, kənarları al-qırmızı rənglənmiş saçlar, qara, dəri gödəkçə və rezin şalvar geyinmiş, ayağında hərbi botik, çanta əvəzinə kürəyində ağır torba, üzü, qolu döyməli.... Onu görən barmağını gicgahına aparıb, fırladar və pıçıldayardı: «Başdan xarab dəli gəldi».
Bu dəli Ancelina idi. O, sinif yoldaşlarının yanından saymazyana keçər, parta arxasında tək oturardı.

Cadugər, iblis».
Məktəb psixoloqu Endjinin baş-beynini aparardı. «Səndə günah yoxdur, qızım. Boşanmış ailələrdə böyüyən uşaqlara valideyn nəzarəti zəif olduğu üçün onlar tənhalığa meyilli olur və şəxsi həyatlarında uğursuzluqla üzləşirlər».
Endji psixoloqun dediklərini boşa çıxarmaq fikrində deyildi. «Sənin məqsədin nədir, böyüyəndə kim olmaq istəyirsən?» sualına 11 yaşlı Endji cavab verdi: «Dəfn bürosunun sahibi. Mən ölülərdən mumiya düzəltməklə maraqlanıram».
Bir dəfə isə riyaziyyat müəllimi dərs öyrənməyən, elə bütün günü gözünü ona dikib baxan Endjidən soruşur: «Axı sən nə haqda fikirləşirsən?» «Mən sizi necə öldürmək haqda plan qururam. Müəllimə, sizdən əla mumiya çıxar».
Qız o qədər ölüm həvəskarı idi ki, ancaq qara geyinər, təkbaşına qəbiristanlıqda gəzər, hər gün yatmazdan əvvəl «Meyidlərin balzamlaşdırılması texnikası» kitabını oxuyardı. Fikrində belə bir səhnə canlandırardı: o, ölüb və təmtəraqla basdırılır, başının üstündəsə valideynləri ağlaşır.
Dərsdə dəftərlərin arxasında tabut və meyit şəkilləri çəkən Endjiyə təzə ləqəb də qoymuşdular: « Cadugər, iblis».
O bunlara məhəl də vermir və tezliklə özünə bənzər həyat keçirən qotlar və panklar dəstəsinə qoşulur.
Bir axşam 14 yaşlı Endji bir oğlanla qol-boyun evə gəldi. Üz-gözü döyməli, dodağı, burnu sırğalı, saçı göy gənci anasına təqdim etdi: «Ana, bilirsən, bundan sonra biz birgə qalacağıq». Cavab gözləmədən oğlanın əlindən tutub, öz kiçik otağına qalxdı və onlar düz 2 il bu otaqda yaşadılar. Gecələr qızının otağından gələn hay-həşirə şahid olan ana ümidini üzdü. «Mənim qızım artıq uşaq deyil.O, çoxdan böyüyüb».
İlk boy-frendi ilə keçən günləri Ancelina belə xatırlayır: «O, mənim həyatımın ilk kişisi idi. Düzü, bu münasibətdən gözlədiyimi ala bilmirdim. Çünki mənim kimi çılğın deyildi. Bir dəfə ehtirasın elə zirvəsindəydim ki, yataqda bıçaqla qolumu kəsdim. O da qanı görüb həvəsləndi və qolunu çərtdi. Biz qanın içindəydik və bundan böyük zövq aldıq».
Mən kinoya atama görə gəldim.
Ancelina ilk debütünü 7 yaşında atası ilə birgə çəkildiyi «Çıxış yolu» filmində etdi. 11 yaşında Teatr institutunda kursa yazılır. 12 yaşında ikən atasını «Oskar» mərasimində müşayiət edir. Bir dəfə «Oskar» alan aktyorlardan biri ona heykəlciyi saxlamağa verəndə almadı: «yox, istəmirəm. Mənim öz «Oskarım» olacaq».
Endji aktrisalığı atasının diqqətini çəkmək və onun davamçısı olmaq üçün seçmişdi. «Kinoya çəkilirdim ki, atamla danışmağa ümumi mövzum olsun».

Cinsdə toy...
Coli isə hər şeyi, hətta kinonu da atıb, tanımadığı Nyu-York şəhərinə gedir və Kino institutuna daxil olur. Amma bir gün... «Uçuşu idarə edərkən» filminin çəkiliş meydançasında aktyor Billi Bob Torontonu görən kimi elə bil yer ayağının altından qaçdı. Qızın halsızlaşdığını görən Billi soruşdu: «Özünüzü pis hiss edirsiz?». «Yox... Hər şey əladır. Amma bayaq elə bildim ki, ölürəm».
Bütün çəkiliş günü Coli elə bil yuxudaydı. Gözləri ancaq Billini axtarırdı, kişinin diqqətini çəkmək üçün əldən gedirdi. Axşam meydan boşaldı. Coli pilləkənlərdə oturmuşdu. Evə gedən Bill ayaq saxladı. Qızın rəngi qaçmışdı. «Ance, burda neynirsən?». «Gedək mənimlə»- deyə Coli Bobun əlindən tutdu. Bu toxunuş hər şeyi unutdurdu: Colinin ondan 20 yaş kiçik olmasını da, evdə onu gözləyən nişanlısı Loranı da...3 ay sonra, 20 may 2000-ci ildə Billinin rəsmi nişanlısı Lora səhər qəzetini əlinə alanda dəhşətə gəldi: « Dünən günorta Ancelina Coli və Billi Toronton gizli şəkildə nikah kəsdiriblər. Qonaqaları 2 şahiddən ibarət olan toy cəmi 20 dəqiqə çəkib. Gəlinlə bəy cins şalvarda və sviterdə olublar. Onlar üzük əvəzinə bir-birilərinin boynundan qanlarının yığıldığı kiçik şüşələri asıblar».
Ayrılmaz cütlük. O tək idi və ötəri sevişmələri çıxsaq, həyatında ciddi bir kişi yox idi. «Mən bundan sonra Madoksu atıb gedəcək kişi ilə birgə ola bilmərəm».
Amma tezliklə tale onun qarşısına özü kimi uşaqsevər birini çıxartdı. Bu, dünyaşöhrətli gözəl aktyor Bred Pitt idi.
Cəmiyyət tərəfindən Cenifer Enistonun ərini əlindən aldığına görə qınanan Ancelina bu fikirlə heç vəchlə razılaşmır:
«Mən Bred üçün açıq qəlblə, içdən bir söhbət edəcək insan oldum. Kiminsə ərini əlindən almaq mənlik deyil. ƿgər belə olsaydı, mən özümü bağışlamazdım. Onların arasında sevgi mən olmamışdan bitmişdi. Mən qəlbən tənha kişi ilə ailə qurmuşam».
2005-ci ildə Coli və Pitt daha bir afrikalı qızı- Zaxaranı övladlığa götürdülər. 2006-cı ilin 27 mayında isə Coli və Pitin doğma övladı, qızı Şila dünyaya gəldi. İndi bu cütlük başlarını aşağı salıb, çəkilişləri və bir də övladlarını böyütməklə məşğuldurlar. Onlar uşaqlar üçün dayə belə tutmayıblar. Heç kimdən çəkinmədən uşaqlarını yedizdirir, geyindirir, gəzdirirlər. Bəlkə bununla onlar bir az pulu olan kimi övladlarına baxıcı götürən ailələrə örnək olmaq istəyirlər.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   Ş. Yan. 03 2009, 21:38

Fikirlerinizi bildirmeyi unutmayin..
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Yan. 04 2009, 20:15

super puper!!spasibo!!!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   Ş. Yan. 10 2009, 22:01

cox sagol canim blum
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pelin
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 829
Age : 23
Registration date : 26/07/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Yan. 11 2009, 02:19

Eziyyete gore cox sagol

_________________
Heyatda qarwiva ust-uste tikanlar cixirsa o sene gulu de gonderecektir...
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
_secret_
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 706
Age : 27
Registration date : 02/10/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Yan. 11 2009, 16:28

Chox sagol Pink Winkk
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B.e. Yan. 19 2009, 22:51

[b]sen sagol =)
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
C-Love
Admin
Admin


İsmarıc sayı : 831
Age : 25
Registration date : 28/02/09

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Mar. 15 2009, 01:42

LoveMusiCBOX

_________________
Live The LiFe You Love, Love The Life You Live!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Mar. 22 2009, 21:34

LoveMusiCBOX too (:
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
C-Love
Admin
Admin


İsmarıc sayı : 831
Age : 25
Registration date : 28/02/09

Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   B. Mar. 22 2009, 22:02

rolleyes

_________________
Live The LiFe You Love, Love The Life You Live!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK   Bugn 09:18

Əvvələ qayıt Aaa gitmek
 
AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Musiqi Qutusu :: Sənətçilərin Bioqrafiyası-
Keç: