Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 2009-cu il bizlere ne ved edir?

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: 2009-cu il bizlere ne ved edir?   Çər. Dek. 31 2008, 00:58

2009-cu il bizə nə vəd edir.?
Qoç bürcündə dünyaya gələnlər həm səhhət, həm karyera sarıdan müəyyən maneələrlə üzləşəcəklər. Əsəbiləşməmək, vaxtı-vaxtında qidalanmaq, özünü soyuqcan gözləmək məsləhətdir. İrəlidə problemlərinin olmaması üçün bu məsləhətlərə qulas asmalıdırlar. Qoç bürcünün problemləri çox olacaq. O gərək öz hissləri ilə hadisələrə baxmasın. Daha çox hesablamaları ilə problemlərini həll etməyə yönəlsin. Çünki onun hesablama qabiliyyəti çox yüksəkdir və doğru nəticəyə gələ bilər. Səhhətindəki olan dəyişikliklər, xüsusən baş ağrıları onu narahat etməsin. Ciddi ağrıkəsicilərdən istifadə etməsin, çünki başqa orqanlarına mənfi təsir göstərə bilər, xüsusən qara ciyərə və böyrəklərə.

Buğa bürcündə doğulanlar bu il özlərini gümrah hiss edəcəklər. Onlar üçün bu ildə mənəvi imkanlarını göstərmək, istedadlarını göstərmək asan olacaq. Bir sözlə, onlar üçün öküz ilində meydan açılacaq. Səhhət sarıdan da ciddi problemləri olmayacaq. 2009-cu ildə özlərini güclü hiss edəcək və bu daxili güc onlara qarşılarına qoyduğu məqsədə çatmaqda yardımçı olacaq.

Əkizlər bürcündə doğulanlar müəyyən qədər çox problemlə üzləşəcəklər. Onlar üçün bir problemi tamam həll edib qurtarmamış ikinci problem meydana gəlməsi istisna deyil. Amma problemləri çözmək onlar üçün ciddi iş deyil və asan başa gələcək.

Xərçənglər bu il özlərini rahat və gümrah hiss edəcəklər. Sadəcə, vaxtlarını bihudə keçirməsinlər və imkan daxilində güclərini məqsədyönlü işlərə sərf etsinlər. Boş romantik əhval ruhiyyə bayram ovqatı gətirər və bu da ağıllı adamların işi deyil. Bu il onların pulu çox olacaq. Onlar bilməlidirlər ki, bu il onlar üçün perspektivli il hesab olunur. Nəzərdə tutulan məqsəd o qədər uzaqda deyil. Sadəcə, onları uzaqlaşdıran keçmişə bağlılıq, mənasız etirazlar, yenilikdən qorxmalar əsas problemlər kimi qarşılarına çıxa bilər

Şir bürcündə doğulanlar isə öküz ilində səhhət sarıdan əziyyət çəkəcəklər. Amma bunun qarşısını almaq üçün onlar az əsəbiləşməli, mübahisəli anlardan qaçmalıdırlar. Adi bir mübahisə kritik vəziyyət yarada bilər. Onlar xüsusən kürək və ürək nahiyələrindən diqqətli olmalıdırlar. Karyera sarıdan böyük yüksəliş gözlənilmir. Sadəcə, çalışsınlar ki, əldə etdiklərini qoruyub saxlaya bilsinlər. Şir bürcü təkəbbürdən, mənəmlikdən, şöhrətpərəstlik duyğularından azad olsalar, bu il uğur onlarındır. Nə qədər çətin olsa da, iki -üç dəfə həmlə etmək fikrindən dönməsinlər. Məqsədə doğru gedən yolda həmlələrini davam etsinlər və bilsinlər ki ən gec yorulan udur.

Qız bürcündə dünyaya gələnlər bu il böyük imkanlara malik olacaqlar. Onların qabiliyyətlərini göstərmək üçün böyük şanslar meydana gələcək. Ola bilər ki, böyük uğurlar qazansınlar, vəzifəcə çox-çox irəli getsinlər. Onlar üçün uğurlar hər tərəfdə çoxdur. Təkcə bir şeyi unutmasınlar ki, küsmək, incimək onların əleyhinə işləyir. Ünsiyyətləri çoxaltlmaq isə xeyirlərinədir. Qızlar çətinliklərlə mübarizədən usanmamalıdır. İstəklərə nail olmaq üçün qarşıdakı hədəfləri dəf etmək lazımdır.

Tərəzi bürcündə dünyaya gələnlər də istəsələr rahatlıq içində yaşaya bilərlər. Ancaq bunu istəyəcəklərmi? Onlar hər şeylə barışacaqlarmı? Çünki elə şeylər var ki, bu il tərəzilər sadəcə olaraq onu qəbul etmək istəməyəcəklər. Nəticədə istər-istəməz qarşı güclü tərəflə münaqişədə olacaqlar. Münaqişə yaradan problemlər də az deyil. Qalib olmaq çox çtəindir. Hər halda, özünə güvənən, gücünün çoxluğuna inanan adamlar uğur qazanacaq. Bu da ilin çox vaxtını aparacaq. Əldə olunan keyfiyyətlər isə az olacaq. Onlar yıxılıb əzilməkdən özlərini qorumalıdırlar. Onların uğurları iki il bundan əvvəllə müqayisədə nisbətən az olacaq. Ancaq bunda onların öz xasiyyətləri, tez ruhdan düşmələri də müəyyən qədər rol oynayır. Tərəzilər nə qədər qanunpərəst olsalar belə, başa düşməlidirlər ki, məqsədə çatmaq üçün bəzən qaydaları pozmaq da olar. bir də ünvana birbaşa çatmaq hər zaman mümkün deyil, lazım gəlsə, yolun əyriliklərindən də keçməlisən.

Əqrəb bürcündən olanlara bu il uğur gətirən ildir. Yaxşı olar ki, onlar bu il zəriflik, həssaslıq tələb oulnan işlərlə məşğul olsunlar. Onların səhhətləri sarıdan qorxu yoxdur. Yaxşı olar ki, acı təamlardan imtina etsinlər. Əqrəb bürcü güclüdür, sadəcə hormonal dəyişiklik yaradan dərmanlardan imtina etmələri məsləhətdir.

Oxatanlara bu il özlərinə qarşı qəddar olmamaq məsləhət görülür. Özlərinə bəzi şeyləri icazə versinlər. Çünki daxili potensiallarını göstərmək üçün öküz ilində onlara meydan açılmalıdır və bu meydanda onlar sübut etməlidirlər ki, kim kimdir. Onları düzgün qiymətləndirmirlər, layiq olduğu qiyməti almaq onlar üçün çox çətindir. Bu adamların yumor zövqü yeni ildə onları çətin anlarda qoruyan vasitə olacaq. Məsləhət etməkdən qətiyyən çəkinməsinlər. Xüsusən dolça bürclülərlə dost olsalar, onların ziyanları azalar. Oxatan bürcü öz ağılları, şüurları ilə uğur qazana biləcək. Oxatanlar sümük, bel ağrıları, ürək ağrıları ilə qarşılaşa bilər. Bu, keçicidir. Həm özlərinə, həm ətrafdakılara münasibətdə səmimi olmaq lazımdır. Daha çox yaxşı şeyləri yadda saxlamaq lazımdır

Oğlaq bürcündə doğulanlar özlərini güclü hiss edəcəklər. Bu il bəlkə onlara ömürlərində görmədikləri xoş məqamları gətirəcək. Oğlaqlar üçün bu il səhhət və karyera sarıdan qorxu, çətinlik yoxdur. Məsləhətdir ki, onlar uğurla işlərini davam etdirsinlər. Oğlaqlar üçün öküz ili perspektivli il sayılır və mümkün qədər bundan istifadə etmək lazımdır. İqtisadi cəhətdən heç bir problemləri olmasa da, oğlaqlara bir qədər qənaətcil olmaq və borca düşməmək üçün bədxərclik etməmək məsləhət görülür.

Dolçalar öküz ilində nə qədər çətin problemlərlə üzləşsələr də, yenə də ruhdan düşməsinlər. Bilsinlər ki, il onlara sürprizlər hazırlayır. Dolçaların qarşısına çoxsaylı problemlər çıxsa belə, onu həll etməyə ağılları və gücləri kifayət edəcək. Əsas odur ki, bu maneələri həllolunmaz problem kimi görməsinlər. Səhhəti zəif dolçalar isə bir qədər diqqətli olmalı, hər şeyə görə əsəbiləşməməli və qidalarına nəzər yetirməlidir. Eyni zamanda, özlərinin buraxdığı əhəmiyyət vermədiyi üçüncü, beşinci dərəcəli xırda problemlər böyüyüb maneəyə çevrilir. Hər işi vaxtında görmək lazımdır. Rəqibə imkan yaratmaq lazım deyil ki, onlar güclənib sənin qarşında çəpər ola bilsinlər.

Balıqlar üçün də bu il səhhət sarıdan uğurlu ildir. Eyni zamanda, ailənin, məişətin, mühitin yeniləşməsi bərpası və düzəldilməsi üçün yaxşı şəraitdir. Bilsinlər ki, onları çox istəyirlər. Onlar da sevməyi bacarırlar. Sadəcə olaraq düz, dəqiq danışmağı bacarmırlar. Hisslərini düzgün ifadə edə bilmirlər, kobud ifadə edirlər. Ona görə də onları lazım olduğu qədər düzgün qiymətləndirmirlər. Bu insanları sevmək lazımdır. Bu bürcün nümayəndələri xoş rəftarları ilə ünsiyyətlərini genişləndirəcək. Maddi durumlarına görə də balıqlar öküz ilinin sevincini yaşayacaq.


UNUTMUYUN bütün bunlar sadəcə bir praqnozdu.Ulduzlardanda yuxarı ALLAH-dı.2009-da gözəl günlər sizi izləsin!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
_secret_
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 706
Age : 27
Registration date : 02/10/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Çər. Dek. 31 2008, 17:17

Chox sagol Pink inshallah bu yeni il hamii uchun gozel,menali,unudulmaz bir il kimi kecsin kisss
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Çər. Dek. 31 2008, 22:24

Sen de sagol Secret.AMIN men de arzulayiram
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   C.a. Yan. 01 2009, 20:10

wow sag ol miss bash muneccim))senin burclere aid movzularin maraqli olur))) kisss
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Ş. Yan. 03 2009, 23:24

blush cox sagol canim kisss
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   B.e. Yan. 05 2009, 00:30

deyer lol!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   B.e. Yan. 05 2009, 22:49

qoy deysin kisss
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Ç.a. Yan. 06 2009, 16:11

bashi ezildi))) lol!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 1037
Age : 27
Registration date : 29/08/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   C. Yan. 09 2009, 23:24

papag var (:
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™


İsmarıc sayı : 929
Age : 21
Registration date : 21/11/08

Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Ş. Yan. 10 2009, 00:47

za to kaska yoxdur))) Razz
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://Bakuteenagers.azerbaijaniforum.com
Sponsored content




Yeni mövzuMövzu: Geri: 2009-cu il bizlere ne ved edir?   Bugn 01:16

Əvvələ qayıt Aaa gitmek
 
2009-cu il bizlere ne ved edir?
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Müzakirə Bölməsi :: Sərbəst Mövzular-
Keç: