Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 “Yapraq dökümü”nün Ceydası: “Uşağım olsa, ağlımı itirə bilərəm”

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
AzeriGuzeli
DJ
DJ
avatar

İsmarıc sayı : 345
Age : 19
Registration date : 18/10/08

Yeni mövzuMövzu: “Yapraq dökümü”nün Ceydası: “Uşağım olsa, ağlımı itirə bilərəm”   B.e. Okt. 20 2008, 23:03







Ən çox izlənən seriallara arasında olan “Yaprak Dökümü”ndə Ceyda rolunu canlandıran Başak Sayan real həyatda ana olmaqdan qorxur, amma bunu çox istəyir.

Aktrisa Türkiyə mətbuatına müsahibəsində özü haqqında suallara cavab verib.

- İlk olaraq, məşhurların dünyasındakı təsadüfən və qarşılıqlı ittihamlarla bitən evliliklərdən söz açaq?


- Mən bu cür evlilik həyatı yaşayan tanınmış xanımlara üzülürəm. Kaş, onlar bir az ağıllı ola bilələr. Kişi gec və ya tez onun yanında əzilir, kompleksə girir. Ən əvvəl kişi “artıq sən işləmə” deyir. Daha sonra, ayrılıq məqamı gələndə həmin qadın “mən nə edim, bu qədər ilim işləməyə sərf olunub, böyük itkilər içindəyəm” deyə başını divarlara vurmağa başlayır. Məncə, həmin qadınlar ağıllı olmalıdırlar.

- Yəni nə etmələri lazımdır, bu mövzuda bir şey deyə bilərsinizmi?

- Əlbəttə. Tez bir zamanda uşaq dünyaya gətirməlidirlər. Uşaq evlilik üçün böyük sığortadır. Çünki uşaqdan sonra boşanma çətin olur. Tərəflər ayrılığı düşünərkən, uşağı da düşünürlər.

- Sizcə, bir evliliyi sağlamlaşdıran ən önəmli məsələ uşaqdır?

- Əslində, bu da deyil. Bu kişi ilə əlaqəli vəziyyətdir. Mənim bir rəfiqəmin uşağı oldu, amma evliliyini qoruya bilmədi, kişi buraxıb getdi. Qarşımızdakını yaxşı analiz etməyimiz lazımdır. Hər kəsin zəif və güclü tərəfləri var. Hər kəsin həssas olduğu nöqtələr var. Əgər sən həssaslığı görmürsənsə o adamda, uşaq oldu, olmadı nə fərqi var? Adam vicdansızdırsa, onsuz da özünü göstərir.

- Qadın kişini yola gətirə bilər?

- Bəzən hə, bəzən də yox. Məsələn, mən əgər həmin kişini sevirəmsə, demək yandım. O kişini yola gətirə bilmərəm, səhvlərini görə bilmərəm. Çünki sevgi məni kor edər. O zaman da səhvə yol verərəm.

- Kanal D-də “Yapraq dökümü”, TV 8-də “Kayıt dışı”, TRT-də “Sürgün həyatlar” seriallarında oynayırsınız, bir roldan başqasına keçirsiniz...

- Yeni bir film də çəkdik. Adı “Nekrüt”dür. Oktyabrın 31-də televiziyada nümayiş olunacaq. Ssenari müəllifi və rejissoru Ulaş Akdır. “Zağa”da “vampir” olan Erkan Taşdöbənlə baş rolu oynadım.

- “Yapraq dökümü”ndə yeni mövsümdə yenə intriqaçı, pis qadın xarakteri oynamağa davam edəcəksinizmi?


- Əslində “Ceyda” pis xarakter deyil. “Fərhundə” xarakteri də pis deyil. Ayrıca “Əli Rza bəy” də çox yaxşı xarakter deyil. Hər pisin içində mütləq bir yaxşı tərəf var. Serialın belə bir uğur qazanmasının ən böyük səbəbi də o tərəflərin bir-birilə çox gözəl uyğunlaşmasıdır. Çox pis bir iş görərkən oradakı xarakter birdən elə bir baxışla baxıb, elə bir şey deyir ki, həmin insanın yaxşı tərəfini də görürsən.

- Serialda uşağınız da oldu. Real həyatda ana olmaq ağlınızdan keçirmi?


- O uşağı serial çəkilişində doğulan kimi mənim qucağıma verdilər. Qucağıma alanda çox maraqlı hisslər keçirdim. “Bu uşaq mənim olsaydı”, deyə düşündüm, amma qorxdum. Çünki çox ciddi məsuliyyətdir. Bir uşaq anası atası ilə böyüməlidir. Boşanmaqdan da qorxdum, uğrunda çalışdığım hər şeyi itirməkdən də. Həmişə qorxduğum şeydir bu. Fəqət bir tərəfdən də istəyirəm. Uşağım olsa, sevincdən ağlımı itirərəm. Çox yaxşı bir ana olacağımı bilirəm, amma çox nəzarətçi olacağımı da bilirəm.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
“Yapraq dökümü”nün Ceydası: “Uşağım olsa, ağlımı itirə bilərəm”
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Azəri Mp3 :: Şou Biznes-
Keç: