Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 Şou-biznesdə vergi “üsyanı”

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Javadov
Admin
Admin
avatar

İsmarıc sayı : 549
Age : 30
Registration date : 21/07/08

Yeni mövzuMövzu: Şou-biznesdə vergi “üsyanı”   Çər. Sen. 17 2008, 03:19

Kərim: “Bütün toylarımızı Vergilər Nazirliyi üçün oxuyarıq”


Efirlərdə çal-çağır edən, bahalı avtomobillərdə gəzən, ən çox toylara gedən müğənnilər bu yaxınlarda Vergilər Nazirliyinə çağırılıblar. Səbəb isə verginin 4 faizdən 18 faizə qədər qaldırılmasıdır. Xəbərdən agah olan müğənnilər nazirliyin qərarına öz etirazlarını “Sarı”ya verdiyi açıqlamalarda bildiriblər.

Nadir Qafarzadə: «Azərbaycandan gedəcəyəm»

İndiyə qədər vergini hər üç aydan bir ödəyirdim. Qiymətlər 400-600 manat arası olurdu. Bu gedişlə Azərbaycandan çıxıb gedəcəyəm. Başa düşmək istəmirlər ki, biz də ailə saxlayırıq. Belə şeylərlə məndə millətə qarşı antipatiya yaradırlar. Verginin faizini artırmaq milləti, ailələri ac qoymaq deməkdir. Müğənni Azərbaycanın adıdır. Onu bu qədər sıxışdırmaq olmaz. Dövlətimin mənim puluma ehtiyacı yoxdur».

Aygün Bəylər: «Toya getməyi tərgidirəm»

«Necə yəni qiymətlər qalxıb? Mən toya getmirəm ki... Toya getməyi tərgidirəm. Sadəcə, xalqa borcumu qaytarıram. Onlar kimin hər gün toya getdiyini çox yaxşı bilirlər. Mən ayda bir dəfə toya gedərəm. Oda ki dost toyu. Dost payı şirin olar, hər nə desən qaneyəm».

Ədalət Şükürov: «Belə məsləhətdir»

«Vay-vay… Mən artıq 5 ildir vergi ödəyirəm. İldə 3000 manat. Təbii ki, artırılan faiz məni də qane etmir. Amma verməliyik də, nə edək. Yəqin, belə məsləhətdir».

Nazim: «Məndən 22500 manat tələb etdilər»

«Vergilər Nazirliyindən çağırıb xəbərdarlıq etdilər ki, artıq mən 18 faiz ƏDV ödəyicisinə çevrilirəm. Məndən 22500 manat tələb etdilər. Sübut edə bilmədim ki, birinci rübün ilk üç ayını mən bu məbləği qazanmamışam. Çünki yanvarın 11-dən martın 11-nə kimi məhərrəm ayı olub. Lakin onlar güclə həmin məbləği mənim boynuma qoydular. Artıq mən də qiymətləri qaldırmışam, əvvəllər 3000 manata toya gedirdimsə, indi 3500 manata gedirəm».

Eyyub Yaqubov: «Bunun əleyhinəyəm»

«Mən bunun əleyhinəyəm, çünki Azərbaycanda şou-biznes yoxdur və qanunlar işləmir. Sənətin də, yaradıcılığın da öz xərcləri var. Biz pulu toydan qazanırıq. İndiyə qədər mən 3 aydan bir vergi ödəyirdim. Ən çox ödədiyim məbləğ isə 1000 manat olub. Mən buna qəti etirazımı bildirirəm».

Səməd Səmədov: «18 faiz bizim üçün çətindir»

«Bütün dünyada, sivil ölkələrdə istər idmançılar, istərsə də incəsənət xadimləri mütləq şəkildə vergi ödəyir. 18 faiz təbii ki, bizim üçün çətindir və mən bununla razı deyiləm. Məni tanıyanlar bilir ki, mən vergi ödəməkdə həmişə birinci olmuşam. Lakin faizlərin qalxması düzgün deyil».

Kərim: «Bütün toylarımızı Vergilər Nazirliyi üçün oxuyarıq»

«İnşallah 60 faiz edərlər. Gedib bütün toylarımızı Vergilər Nazirliyi üçün oxuyarıq. Azərbaycanlıyıq da, hər şeyə öyrəşmişik, buna da öyrəşəcəyik».


Dövlət Vergi Müfəttişi Hüseyn Əliyev yaranmış vəziyyətə belə açıqlama gətirib: «Faizin qalxması dövriyyədən asılıdır. Əgər ay ərzində dövriyyə 22500-ü keçsə, həmin şəxs artıq ƏDV ödəyicisinə çevrilir. Yox, əgər dövriyyə bu məbləğdən aşağıdırsa, o zaman ödəyici sadələşmiş 4 faiz vergi ödəyir. Müğənnilərin çox və ya az toya getməsini son zamanlar şadlıq evləri də müəyyən edir. Onlarda müğənnilərin ay ərzində nə qədər oxuduğu və qazandığı haqda siyahı var. Təbii ki, bizə də bu haqda məlumat çatdırılır. Ramazan və məhərrəm aylarında əgər müğənni toya getmirsə, o bizə gəlib həmin ayda xidmət göstərmədiyini bildirir. Belə olan təqdirdə ona vergi öhdəliyi yaranmaması haqda arayış təqdim olunur. Və həmin şəxs arayışı doldurur. Əgər arayış təqdim etmirsə, ona hər bəyannaməyə görə 40 manat maliyyə sanksiyası tətbiq olunur».

_________________


Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Şou-biznesdə vergi “üsyanı”
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Azəri Mp3 :: Şou Biznes-
Keç: