Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaTakvimMVSGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
C.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
B. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
Ç.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
B. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
B.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
B. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
B.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
C.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
Ç.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
Çər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
 
pink_thrill_girl (1037)
 
***Artemida*** (929)
 
C-Love (831)
 
pelin (829)
 
Sevimli (812)
 
Xuraman85 (729)
 
_secret_ (706)
 
Guullaann (569)
 
Javadov (549)
 
Reyting





Payla | 
 

 Bürclərə görə tanışlıq

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Xuraman85



İsmarıc sayı : 729
Age : 31
Registration date : 21/07/08

Yeni mövzuMövzu: Bürclərə görə tanışlıq   B.e. Avq. 18 2008, 20:48


Hər bürcün öz sevgisini tapa biləcəyi taleönəmli məkanlar var. Yarınızı harada axtarmalı?

Qoç

Onlar üçün ideal tanışlıq və görüş məkanı sakit yerlər, ev, ailə ola bilər. Yaxşı olar ki, Qoçlar qohum-tanışın məsləhət etdiyi biri ilə görüşsün. Eləcə də doğulduqları ərazidə öz bəxtlərinə qovuşa bilərlər. Ev əşyaları, mebel mağazalarında da onları xoş sürprizlər gözləyə bilər. Bir sözlə, Qoçları uzaq və yad ellər cəlb etmir. Qanı çəkən yerdə öz yarını tapacaq.


Buğa

Onlar incəsənət və yaradıcılıqla bağlı məkanlarda – səyahətlərdə, sərgilərdə, yaradıcılıq gecələrində, məşhurların konsertlərində, muzeylərdə, əntiq dükanlarında olmaqdan böyük zövq aldıqları kimi, oradakı tanışlığa da mühüm önəm verirlər.


Ekizlər

Onlar kafe, restoran, toy və s. məclislərdə özlərini yaxşı hiss etdikləri üçün belə yerlərdə gözləri öz yarını axtaracaq. Eləcə də gəzinti yerlərində tanışlıq müsbət nəticə verəcək. ƿkizlər heyvanat və nəbatət aləminin vurğunudurlar. ƿgər küçədə ƿkizlərlə tanış olmaq şansı düşərsə, bir qızılgüllə özünüzü ona sevdirə bilərsiniz.

Xərçəng

Onlar öz yarlarını qaynar iş həyatının içində tapacaqlar. Çox çalışıb, yaxşı qazanmağa meyilli Xərçənglərin taleyini pulun özü həll edəcək. ƿn orijinal variant isə müxtəlif müsabiqələr, televiziya verilişləri ola bilər. Xərçənglər tanışlığa mehriban düşmənçiliklə başlayırlar. Onun ayağını bilə-bilə tapdalamaq, növbəsinə keçmək və itələmək kifayətdir ki, tanışlıq üçün zəmin yaransın.

Şir

Çox orijinal məkanlar onları cəlb edir: yoqa klubu, bahalı restoran, istirahət mərkəzi, idman yarışı, elm mərkəzi və s. Şirlər səyahətə meyilli olub, vaxtlarının çoxunu yolda keçirdikləri üçün öz yarlarını avtobusda, təyyarədə və qatarda tapa bilərlər. Onların diqqətini cəlb etmək üçün qarşı tərəf harada olmasından asılı olmayaraq gözəl və şık görünməlidir.

Qız

Ciddi bürcdür, elə buna görə də taleyin qismətini kifayət qədər ciddi yerlərdə:elm-təhsil mərkəzlərində, dini məkanlarda, ziyarətgahlarda, kurs və leksiyalarda, kitabxana və kitab mağazasında, ekskursiyalarda tapacaqlar. Onun gözləri özü kimi sakit, rahat, klassik geyimli, əlində heç olmasa bir qəzet tutmuş insan cəlb edəcək.

Tərəzi

ƿdalət nişanəsi Tərəziləri elə dövlət idarələri, hüquq və qanunla bağlı orqanlarda da taleyüklü görüş gözləyir. Nazirlik, müxtəlif təşkilatlar, konfranslar, notarius, vəkil məsləhətxanası və s. Onlar toyda da kimisə gözaltı edə bilərlər, çünki gəlin-bəy yanında şahid olmağı çox sevirlər.


Eqrəb

Onlar hər cəhətdən olduğu kimi, tanışlıq və nikah məsələsində qeyri-adi dərəcədə unikaldırlar. Məkan və vaxtın onlar üçün fərqi yoxdur, gərək onların istəyi olsun. ƿn yaxşı variant gözlənilməyən tanışlıqdır. ƿqrəb uzun müddət gözünün önündə olan, lakin fikir vermədiyi birini də qəfildən sevə bilər.


Oxatan

Öz bəxtlərini su ilə bağlı yerlərdə-dənizkənarı, çimərlik, sauna, akvarium və balıq mağazası və ya ən adi şəhər fontanının yanında tapacaqlar. Sahil, körpu və basseyn kənarında olan istənilən kəs onların diqqətini cəlb edəcək. Narın yağışın altında xoş tanışlıq onları gözləyir.


Oğlaq

Onları isti, qızmar, qanın coşduğu havalarda tanışlıq gözləyə bilər. İdman və musiqi yarışmaları, siyasi tədbirlər, kinoteatr, konsert, diskoteka onları öz yarına qovuşduracaq. Oğlağın diqqətini dəliqanlı biri cəlb edəcək.


Dolça

Seçim birdir-təbiət, yenə də təbiət...Ola bilər şəhərkənarı bağ, meşə, ola bilsin sadəcə park, ya da zoopark. Günəşin ilıq şüası, quşların səsi və gözəl gözləri ilə bunları seyr edən insan Dolçanı cəlb edəcək.


Balıqlar

Onlar elə yolüstü, nəqliyyatda tanış olacaqlar: dayanacaq, vağzal, liman, aeroport və s. Kimisə qarşılayıb, kimisə yola salanda da diqqətli olmalıdırlar. Balıqlar uşaqların olduğu yeri də sevirlər. ƿgər kimisə qucağında uşaq görsə, ona diqqət yetirəcək. ƿlbəttə, gərək həmin insan subay ola…
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://WwW.MusiCBoX.Az
Emo4ka Billa
Emo User
Emo User


İsmarıc sayı : 1306
Age : 27
Registration date : 22/07/08

Yeni mövzuMövzu: Geri: Bürclərə görə tanışlıq   Ç.a. Avq. 19 2008, 05:17

Oxatan

və ya ən adi şəhər fontanının yanında tapacaqlar. Sahil, körpu və basseyn kənarında olan istənilən kəs onların diqqətini cəlb edəcək. Narın yağışın altında xoş tanışlıq onları gözləyir


woooow yenede)))))))))))sheher fontani torqovuda yeqin olar lol! ooo yagiw romantika)))ewi istemirem hec kesi Billim harda men harda zrya razmectalas cry cry cry

_________________
BILL KAULITZ
NARKA KAULITZKA


Если я кому то не отвечаю ,то не потому что мну нет чего сказать ,а потому что я срать хотела на ваши мысли!!!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Strange
VIP
VIP


İsmarıc sayı : 299
Age : 27
Registration date : 22/07/08

Yeni mövzuMövzu: Geri: Bürclərə görə tanışlıq   Ç.a. Avq. 19 2008, 08:28

Xərçəng

Onlar öz yarlarını qaynar iş həyatının içində tapacaqlar. Çox çalışıb, yaxşı qazanmağa meyilli Xərçənglərin taleyini pulun özü həll edəcək. ƿn orijinal variant isə müxtəlif müsabiqələr, televiziya verilişləri ola bilər. Xərçənglər tanışlığa mehriban düşmənçiliklə başlayırlar. Onun ayağını bilə-bilə tapdalamaq, növbəsinə keçmək və itələmək kifayətdir ki, tanışlıq üçün zəmin yaransın.
ozumemeee
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://www.musicbox.az
Sponsored content




Yeni mövzuMövzu: Geri: Bürclərə görə tanışlıq   Bugn 11:48

Əvvələ qayıt Aaa gitmek
 
Bürclərə görə tanışlıq
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Müzakirə Bölməsi :: Sərbəst Mövzular-
Keç: